Jirinovski yenə sərsəmlədi -Litvaya iki şəhəri Belarusa verməyi təklif etdibackend

Jirinovski yenə sərsəmlədi –Litvaya iki şəhəri Belarusa verməyi təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Litvanın Minsklə bağlı mövqeyini tənqid edib.

Virtualaz.org-un məlumatına görə, RLDP lideri Telegram kanalında Vilnüsun özünü həddən artıq aktiv apardığını bildirib.

“Demək olar ki, Lukaşenkosuz Belarusun bölünməsi barədə açıq danışırlar. Reç Pospolitanı xəyal edirlər. Litva hazırda 1938-ci il konstitusiyası ilə yaşayır və o zaman ölkənin paytaxtı Vilnüs deyil, Kaunas idi. Bütün Vilnüs diyarını Litvaya sonradan Stalin verdi. 1989-cu ildən bəri Litvada “desovetizasiya” aparılır. Bir halda ki, söhbət tarixi revizionizmdən gedir, onda Litva Vilnüs və Klaypedanı Belarusa verməlidir”, – deyə Jirinovski vurğulayıb.