Jirinovski xabarovsklular qarşısında diz çökməyə hazır olduğunu dedibackend

Jirinovski xabarovsklular qarşısında diz çökməyə hazır olduğunu dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Onları necə sevdiyimizi, onları qorumağa necə hazır olduğumuzu anlasınlar deyə Xabarovsk sakinləri qarşısında diz çökməyə hazıram. Onların hər şeydə haqlı olduğuna inanırıq”.
TİA.AZ  xəbər verir ki, bu sözləri LDPR lideri Vladimir Jirinovski “Danışır Moskva” radiostansiyasının efirində deyib.
Jirinovski şəhər sakinlərini bölgənin müvəqqəti icra başçısı Mixail Deqtyarevi dəstəkləməyə çağırıb və deyib ki, o, Furqalın etdiyi bütün yaxşı işləri davam etdirəcək.
Liberal Demokrat Partiyasının lideri Deqtyarevin Dövlət Dumasının bədən tərbiyəsi, idman, turizm və gənclərlə iş komitəsinin sədri kimi əla təcrübəyə sahib olduğunu deyib. Jirinovskiyə görə, komitəyə rəhbərlik etməksə praktik olaraq baş nazirin müavini statusunda olmaq deməkdir.