Tribuna İnformasiya Agentliyi

Jirinovski: “Diktatura Rusiyaya xoşbəxtlik gətirəcək”

06 Mart

Rusiya Qərblə güc dilində danışmalıdır.

Axar.az xəbər verir ki, prezidentliyə namizəd olan Vladimir Jirinovski seçkiqabağı debatlarda diktatura rejimini dəstəklədiyini bildirib:

“Qərblə başqa dildə danışmaq lazımdır. Güc və ya ultimatum dili ilə… Biz Ukraynayla əlaqəni çoxdan kəsməliydik. Ora qaz verilişini çoxdan dayandırmalıydıq. Yalnız ultimatum, güc, diktatura, sərtlik bizim zəngin və xoşbəxt ölkə olmağımıza yardım edəcək”.