İzüm və Liman azad edilib? – Ukraynanın əks-hücumu necə davam edir?backend

İzüm və Liman azad edilib? – Ukraynanın əks-hücumu necə davam edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələri tərəfindən Xarkov vilayətindəki Kupyansk şəhərinin azad ediməsi xəbərindən sonra ukraynalıların daha böyük irəliləyişin olduğuna dair məlumatlar yayılır.
2014-cü ildə qondarma DXR-in müdafiə naziri olmuş və Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan sonra mütəmadi olaraq rus qoşunlarının hərəkətlərini şərh edən İqor Strelkov (əsl adı – Girkin) bildirib ki, Rusiya Silahlı Qüvvələri Kupyanskın qərb hissəsini tərk edib. Onun sözlərinə görə, bu, şəhərin təxminən üçdə ikisini təşkil edir.
“Üzdə – cəbhənin geniş sektorunda davam edən kəskin əməliyyat böhranı, artıq böyük bir məğlubiyyətə çevrilib. İndi, əslində, bizim tərəf yalnız onun daha da dərinləşməsini necə dayandırmaq və əməliyyat məğlubiyyətinin strateji məğlubiyyətə çevrilməsinin qarşısını almaq barədə danışa bilər. Baxmayaraq ki, ümumilikdə bu, artıq baş verib. “Təşəbbüs uğrunda döyüş”də artıq düşmən qalib gəlib. İndi Ukrayna Silahlı Qüvvələrinin qoşunlarımızın böyük birləşmələrinin mühasirəyə alınmasının və məhv edilməsinin qarşısını alınması barədə danışmaq lazımdır”.
Kupyanskın qərb hissəsindən Oskol çayı ilə ayrılan şərq hissəsinə Ukrayna qoşunları hələ də daxil ola bilməyiblər. Bu barədə sentyabrın 8-də şəhərdən reportaj verən VQTRK-nın jurnalisti Yevgeni Poddubnı deyib.
“Komsomolskaya pravda”nın hərbi müxbiri Aleksandr Kots yazır ki, “Kupyansk yaxınlığında düşməni saxlamaq mümkün olmayıb” və “geri çəkilmiş bölmələr Oskolun şərq sahili boyunca müdafiə mövqeləri tuturlar”.
Öz növbəsində, qondarma DXR-in informasiya nazirinin müavini Daniil Bezsonov bildirib ki, rus qoşunları Kupyanskdan təxminən 70 kilometr cənub-qərbdə yerləşən İzüm şəhərini də tərk edib. Strelkov rusların İzümu tam mühasirəyə alınma təhlükəsi altında tərk etdiyini bildirib.
Ukrayna və Rusiya hərbi bloggerlər də yazır ki, Ukrayna Silahlı Qüvvələri Severski Donets çayını keçərək Liman istiqamətində irəliləyir. Bu o deməkdir ki, Rusiya ordusu Oskol və Severski Donetsk çaylarının qovşağında Ukraynanın hücumunu dayandıra bilməyib.
Ukrayna hərbçiləri təkcə Xarkov vilayətində deyil, həm də Ukraynanın cənubunda uğurlu əks-hücum əməliyyatı keçirir.
“Vaqner” özəl hərbi şirkətilə əlaqəli olduğu iddia edilən “Gray Zone” “Telegram” kanalı Liman şəhərinin “döyüşsüz” təslim olması haqqında yazır. Kanalın müəlliflərinin sözlərinə görə, rus ordusu bir gün əvvəl rusların ehtiyatları cəmlədiyi Luqansk vilayətinin Svatovo şəhərini də tərk edib.
Bu barədə RBC-Ukrayna telemarafon zamanı Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbərai Natalya Qumenyukun bəyanatına istinadən xəbər verir.
“Qoşunlarımızın cənub cəbhəsi boyunca müxtəlif sektorlarda ikidən on kilometrlərə qədər irəliləyişi var”, o deyib.