İzmirdə mədən qəzasında xəsarət alanların sayı 45 nəfərə çatdıbackend

İzmirdə mədən qəzasında xəsarət alanların sayı 45 nəfərə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin İzmir vilayətində kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı artıb.
TİA.AZ xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca tviter hesabında məlumat yayıb.
Onun sözlərinə görə, yaralı sayı 45 nəfərə çatıb və artacağı istisna edilmir.
“İzmirdə, Kınıkda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınıkda, 6 nəfər Berqamada, 21 nəfər isə Soma Dövlət Xəstəxanasında müalicə olunur. Hadisə yerinə 14 təcili yardım maşını, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu), ümumilikdə 48 səhiyyə işçisi ayrılıb”.
Əlavə olaraq qeyd olunur ki, qəza zamanı mədəndə 50-yə yaxın işçi olub.