İzmir yenə silkələndibackend

İzmir yenə silkələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

TİA.AZ  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur.

Yerli vaxtla saat 08.31-də meydana gələn təkanların ocağı yerin 7 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, dünən Türkiyənin həmin bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.

Nəticədə 24 nəfər ölüb, 804 yaralanıb.