İxracda pambıq birinci, qızıl ikinci, xurma üçüncüdürbackend

İxracda pambıq birinci, qızıl ikinci, xurma üçüncüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayı təqdim edilib. İcmalda qeyd olunub ki, 2021-ci ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 501,5 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1% olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.
2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

TİA.AZ