“İTV”də “dönər-kola” məsələsini ələ saldılar-VİDEObackend

“İTV”də “dönər-kola” məsələsini ələ saldılar-VİDEO

İctimai Televiziyada yayımlanan “3D” verilişi mövsümün son buraxılışnda da ölkə gündəmindəki məsələlərə biganə qalmayıb.

Demokrat.az xəbər verir ki, Dadaş Dadaşlinskinin aparıcılığını etdiyi verilişdə bu dəfə, dünən sosial şəbəkələrin ən aktual mövzusuna toxunulub. Belə ki, verilişin son buraxılışının başlanğıcında köməkçi personajlarından Əziz gözləmə salonunda dönər yeyir və mahnı ifa edir.

Digər köməkçi personaj Lyuba isə ona, səhvə yol verdiyini, əvvəlcə mahnını ifa etməli olduğunu deyir.

Həmçinin Əziz, hər birinə uyğun maskalar taxaraq Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və Millət vəkili Fəzail Ağamalı kimi Dadaş Dadaşlinskinin qonağı olub.

Həmin kadrları təqdim edirik:

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki