Tribuna İnformasiya Agentliyi

İtkin düşmüş alpinistlər sağdır? – İNANILMAZ İDDİA

11 May
Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.
TİA.AZ bildirir ki, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.(mətbuat.az)