İtkin düşən turistlər tapıldı – RƏSMİ(FOTO)backend

İtkin düşən turistlər tapıldı – RƏSMİ(FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax meşələrində əcnəbi qadınlar itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, “102” Xidmətinə Peru vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qaxda qaldıqları oteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olubRayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal axtarışlara başlanılıb. Hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində sağ-salamat şəkildə tapılaraq qaldıqları otelə yerləşdiriliblər. Onlar operativ reaksiyaya görə, Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.