Tribuna İnformasiya Agentliyi

İtkin düşən Lerik sakini qətlə yetirilibmiş

05 May

Lerik rayonunda itkin düşən 39 yaşlı kişinin qətlə yetirildiyi məlum olub

TIA.AZ APA-ya istinadla xəbər verir ki, Lerik rayonunun Veri kənd sakini, 1979-cu il təvəllüdlü Mirisaq Yədulla oğlu Babayev martın 16-da Lənkəranda yerləşən restoranlardan birində yaxın qohumlarının toy məclisində iştirak edib.

Oradan çıxdıqdan sonra isə geri qayıtmayıb. Aparılan axtarış tədbirləri nəticəsində onun öldürüldüyü məlum olub. M.Babayevin meyiti Lənkəran rayonunun Aşağı Nüvədi kəndində aşkar edilib. Onu həmin kənd sakini 44 yaşlı Təbriz Əliheydər oğlu Dadaşov qətlə yetirərək yaşadığı evin zirzəmisində basdırıb.

Hazırda M.Babayevinin meyitinin basdırıldığı yerdən çıxarılması üçün iş aparılır. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriləcək.

Qeyd edək ki, qətl hadisəsini törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. M.Babayev ailəli olub və iki qızı, bir oğlu var.

Faktla bağlı araşdırma aparılır.