Tribuna İnformasiya Agentliyi

İtaliyanın yeni hökuməti TAP-a qarşı

08 İyun

İtaliyanın yeni hökuməti Azərbaycan qazını Avropa bazarlarına nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacağını elan edib.

1news.az xəbər verir ki, bu barədə Reuters ölkənin ətraf mühit naziri Serjio Kosta istinadla yazıb. Nazir  İtaliyanın TAP-a  cəlb olunduğunu söyləyərək, bunu mənasız adlandırıb.

Əlavə edib ki, TAP-ın son mərhələsi  bəzi digər böyük layihələrlə birlikdə nəzərdən keçiriləcəkdir.

“TAP masa üzərindədir və biz ona prioritet olaraq baxacağıq”, İtaliyada hökumət koalisiyanın ən böyük partiyası olan “5 Ulduz”u təmsil edən ətraf mühit naziri vurğulayıb.

Onun sözlərinə görə, ölkənin enerji siyasətini, qaza tələbatını nəzərə alaraq, bu layihə bu gün mənasız görünür.

Bu cür yanaşma İtaliya ilə TAP layihəsini həyata keçirən tərəflər arasında gərginlik yarada bilər. 4.5 mlyard avro dəyəri olan layihə Britaniyanın BP, İtaliyanın Snam və İspaniyanın Enagas neft qruplarını əhatə edir.

Kosta TAP-ın gələcəyinə dair hər hansı bir qərarın qəbulunda başqa nazirlərin də iştirak edəcəyini söyləyib.

Qeyd edək ki, TAP layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsidir. Mayın 29-da Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub.İyunun 12-də isə Türkiyədə TANAP-ın açılışı olacaq.