Tribuna İnformasiya Agentliyi

İtaliyanın məşhur Piza qülləsində turist ölüb

11 Aprel

Yaponiyalı turist İtaliyada Pizan qülləsinə çıxan zamanı dünyasını dəyişib.

TİA.AZ  RİA “Novosti”yə istinadən xəbər verir ki, 63 yaşlı kişi turistlərdən ibarət qrupun tərkibində qüllənin yuxarısına çıxırmış.

Lakin artıq 4-cü mərtəbədə o özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlər kişinin həyatını xilas edə bilməyiblər.

Turistin ölümünün baş vermə şəraiti və səbəbləri dəqiqləşdirilir.