Tribuna İnformasiya Agentliyi

İtaliyada üçüncü uşağa görə torpaq sahəsi veriləcək

03 Noyabr

İtaliya hökuməti ölkədəki aşağı doğum səviyyəsini yüksəltməyə yönəlmiş yeni plan çərçivəsində üçüncü uşağı olan ailəyə ödənişsiz təsərrüfat sahəsi təklif etmək niyyətindədir.

 

Yerli KİV-lərin yaydığı məlumata görə, İtaliyanın yeni büdcə layihəsinə daxil edilən bu təklif 2019-2021-ci illər aralığında üçüncü uşaq dünyaya gətirən valideynlərə dövlətə məxsus kənd təsərrüfatı torpaqlarının 20 illik müddətə verilməsini nəzərdə tutur.

 

Həmçinin onlara verilən torpaq sahəsi yaxınlığında ev almaq istəyən ailələr 200 min avroyadək faizsiz kredit imkanından faydalana biləcəklər.

 

Bu təklifdən yararlanmaq istəyən əcnəbilər isə İtaliya ərazisində ən azı 10 il yaşamalıdırlar.