Tribuna İnformasiya Agentliyi

İtaliyada tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib

13 Avqust

italiyada Triyest şəhərində təqaüdçü Mariya Bolonya əvvəllər tibb bacısı işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib.

“Report” xəbər verir ki, bu barədə İL Piccolo yazıb.

Bildirilir ki, Bolonya 2017-ci ildə 95 yaşında vəfat edib. Ərinin və yeganə oğlunun ölümündən sonra yığılan pulları kiməsə verməyə qohumu da olmayıb.

Artıq planlaşdırılır ki, o pula tibb müəssisəsində müalicə üçün yoluxucu xəstəliklərin qanköçürmə şöbəsi və 450 nəfərlik yeni qarderob tikmək planlaşdırılır. Xəstəxananın planlarına yeni yeməkxananın tikilərək istifadəyə verilməsi də daxildir.