Tribuna İnformasiya Agentliyi

İtaliyada poçt şöbəsində saxlanılan girovlar azad edilib

06 Noyabr

Bazar ertəsi İtaliyanın Pyeve-Modolena şəhərində yerləşən poçt şöbəsində 55 yaşlı Françesko Amato tərəfindən 7 saat ərzində girov saxlanılan 4 qadın heç biri xəsarət almadan azad olunub.

TİA.AZ  “report”-a istinadən bildirir ki, bunu “RaiNews24” telekanalının canlı yayımında polis generalı Klauidio Domici deyib.

Onun sözlərinə görə, karabinerlər uzun sürən danışıqlardan sonra Amatonu silah tətbiq etmədən təslim olmağa razı sala biliblər. Cani həbs olunub və hadisənin təfərrüatlarını müəyyən etmək üçün sorğu-suala aparılıb.

Bundan əvvəl Françesko Amato adlı şəxsin poçt şöbəsinin dörd əməkdaşını girov götürdüyü məlumat verilmişdi.