Tribuna İnformasiya Agentliyi

İtaliyada körpünün çökməsi nəticəsində 30 nəfər ölüb – VİDEO – YENİLƏNİB

14 Avqust

İtaliyada Morandi körpüsünün çökməsi nəticəsində biri körpə olmaqla, 30 nəfər ölüb.

“La Repubblica” qəzeti bəzi evlərin, şahidlər isə ən azı 10 avtomobilin çöküntülər altında qaldığını bildirib.


*** 17:20

Genuyada körpünün çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Bu barədə İtaliya Nəqliyyat Nazirliyindən bildiriblər.


***16:56

İtaliyanın Genuya şəhərində körpünün çökməsinə ildırım səbəb ola bilər.

Bunu fəlakətin şahidləri iddia edirlər.

Körpünün çökdüyü yerin yaxınlığında olan yerli sakinlər çökmədən qabaq ildırımın onu vurduğunu bildirlər.

“Rai News” telekanalının məlumatına görə, körpünün çökməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyəti ağırdır. Qeyd edilir ki, körpünün çökmə anında onun üzərində 20-yə yaxın avtomobil olub. Yerli səlahiyyətlilər isə çökmənin səbəblərindən biri kimi daşıyıcı konstruksiyanın zəifləməsini göstərir. Körpü 1962-ci ildə inşa edilib.


***15:21

İtaliyada avtoban üzərindəki körpü çöküb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Genuya şəhərindəki A-10 avtomobil yolunda qeydə alınıb.

Onlarla ölən və yaralananın olduğu bildirilir.