İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölübbackend

İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan 1 809 nəfər ölüb.

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20 603 nəfər təşkil edir.

Daha əvvəl İtaliyada koronavirusdan 1 441 nəfərin öldüyü, 17 750nəfərin yoluxduğu bildirilirdi.