İtaliya milli komandasının futbolçusu saxlanılıbbackend

İtaliya milli komandasının futbolçusu saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Marko Verratti polis tərəfindən saxlanılıb.

“Report” “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin oktyabrın 30-dan 31-nə keçən gecə Fransanın paytaxtı Parisdə sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.

Verrattinin qanında olan spirtin səviyyəsinin normadan iki dəfə çox olduğu müəyyənləşib. Futbolçu saxlanıldıqdan sonra evə buraxılıb. Verattinin uzun müddət sürücülük hüququndan məhrum olunacağı gözlənilir. Bundan əlavə, PSJ-nin də italiyalı oyunçuyu cərimləyəcəyi ehtimalı var.

Xatırladaq ki, Marko Veratti 2012-ci ildən PSJ-də çıxış edir.