Tribuna İnformasiya Agentliyi

İtaliya Ermənistanı darmadağın etdi – 9:1 (Video)

19 Noyabr
AVRO-2020-nin seçmə mərhələsinin son turunda “J” qrupunda İtaliya millisi Ermənistan yığmasını qəbul edib.
 
Palermoda keçirilən görüşdə “skudra adzurra” erməniləri 9:1 hesabı ilə darmadağın edib.
Roberto Mançininin yetirmələri ardıcıl 10 qələbə ilə AVRO-2020-nin seçmə mərhələsində 100 faizlik nəticəyə imza atıblar, qol sayları isə 37:4 olub.
Avro-2020-nin seçmə mərhələsi
 
J qrupu
 
10-cu tur
 
İtaliya – Ermənistan – 9:1
 
Qollar: İmmobile (8, 33), Zanyolo (9, 64), Barella (29), Romanyoli (72), Jorjinyo (75-penalti), Orsolini (78), Kyeza (81) – Babayan (79)