Tribuna İnformasiya Agentliyi

İtaliya aktyoru Karlo Cuffre vəfat edib – FOTO

05 Noyabr

Məşhur İtaliya aktyoru Karlo Cuаfre vəfat edib.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Bildirilir ki, o, Romadakı evində, 89 yaşında dünyasını dəyişib. Aktyorun nümayəndələri xəbəri təsdiqləyiblər.

Karlo Cuffre 1928-ci ilin 3 dekabrında Neapolda doğulub. O, karyerası ərzində 90-dan çox filmə çəkilib. Cuffre daha çox “Pinokkio” filmindəki “Cepetto” rolu ilə məşhur olub.