İsxak Hersoq İlham Əliyevi İsrailə dəvət etdibackend

İsxak Hersoq İlham Əliyevi İsrailə dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TİA.AZ xəbər verir ki, İsrail Prezidenti məktubunda İlham Əliyevi ölkəsinə səfərə dəvət edib:

“Ötən həftə baş tutan səmimi və səmərəli söhbətimizdən çox sevindim. Bu cür təmaslar əlaqələrimizin sıx olduğunu və inkişaf etdiyini göstərir. Fürsətdən istifadə edərək, müzakirələrimizi davam etdirmək üçün Sizi rəsmi olaraq İsrailə səfərə dəvət etmək istərdim.

Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyinizin açılması üçün də bir fürsət ola bilər”.