İsveçrə Fransanı AVRO-2020-dən uzaqlaşdırdı-VİDEObackend

İsveçrə Fransanı AVRO-2020-dən uzaqlaşdırdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

TİA.AZ-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş matçda Fransa və İsveçrə milli komandaları üz-üzə gəlib.

Görüşün əsas hissəsi 3:3 hesablı heç-heçə ilə başa çatıb. İsveçrə millisindən Haris Seferoviç 15-ci və 81-ci, Mario Qavranoviç 90-cı, Fransa yığmasından isə Kərim Benzema 57-ci və 59-cu, Pol Poqba 75-ci dəqiqədə fərqlənib.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Lakin komandalar cəhdlərə baxmayaraq, əlavə vaxtda də hesabda irəli çıxa bilməyiblər.

Bu səbəbdən qarşılaşmada qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilib. “Lotereya” İsveçrənin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa yığmasından penaltini Kilian Mbappe dəqiq yerinə yetirə bilməyib.

İsveçrə 1/4 finalda İspaniya ilə üz-üzə gələcək. Matç iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq.

Qeyd edək ki, daha əvvəl AVRO-2020-nin 1/4 final mərhələsinin iki cütü müəyyənləşib. İyulun 2-də Almaniyanın Münhen şəhərində Belçika və İtaliya, iyulun 3-də isə Bakıda Çexiya və Danimarka yığmaları qarşılaşacaq.