Tribuna İnformasiya Agentliyi

İsveçrə Gülnarə Kərimovanın 800 milyon pulunu bankda saxlamaq istəmir

30 Noyabr

İsveçrə həmin pulları Özbəkistana da qaytarmır

İsveçrə rəhbərliyi Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kəmirovanın bankda olan 800 milyon frankını saxlamaq istəmir.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı DW nəşri yayıb.

Mənbə bildirir ki, İsveçrə həmin pulları Özbəkistana da qaytarmaq istəmir.

Gülnarə Kərimova isə hazırda öz ölkəsində məlum olmayan şəraitdə saxlanılır və onun haqda heç bir kütləvi informasiya vasitələri dəqiq informasiya ala bilmir.

Avropada Gülnarənin istintaq işi ilə bağlı araşdırma hələ sona çatmayıb. Bu baxımdan onun İsveçrə bankında saxlanılan pullarının gələcək taleyi sual altındadır.