İsveç şirkəti uyğurlara görə Çin pambığından imtina etdibackend

İsveç şirkəti uyğurlara görə Çin pambığından imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının ən populyar sosial şəbəkə platforması sayılan “Weibo”-nun istifadəçiləri İsveç mənşəli “H&M” şirkətinin məhsullarını boykot etməyə çağırıblar.

Millətçi çinlilər bu brendin ölkə bazarından dərhal getməsini tələb ediblər.

Buna əsas səbəb əsasən geyim malları istehsal edən şirkətin Çinin uyğurların sıx yaşadığı Sintzyan əyalətindən gətirilən pambıqdan imtina etməsidir.

Məlum olduğu kimi, Çin pambığının 80%-dən çoxu məhz bu əyalətdə istehsal olunur. “H&M” şirkəti isə ÇXR-in Kommunist rejiminin yüz minlərlə uyğura qarşı zülm etdiyini, habelə onlarla birlikdə digər milli azlıqları da Sintzyanın geniş pambıq plantasiyalarında qul kimi işlətdiyi barədə bəyanat verib.

Çinli kommunistlər bu informasiyanı yalan hesab etdiklərini, “H&M” kimi Sintzyan pambığından imtina edən digər firmaların xarici mətbuatın yalanlarına inandıqlarını vurğulayırlar.

Qeyd etmək lazımdır ki, Çində tanınmış aktyor və “H&M” markasının ölkədəki elçisi Xuan Süan şirkətlə əməkdaşlığı kəsib. Xuan Süan “Weibo”da yaydığı açıqlamada ölkəsini gözdən salan istənilən cəhdə qarşı çıxacağını bildirib.

H&M geyim məhsullarının istehsalı və satışına görə İspaniyanın “İnditex” (“Zara”, “Oysho”, “Massimo” “Dutti”, “Bershka”, “Pull and Bear” kimi markaların sahibi-red.) firması ilə birlikdə dünya və Avropada lider sayılır.