İstintaq qrupunun rəhbəri: “Helikopterin texniki göstəricilərində nasazlıq olmayıb”backend

İstintaq qrupunun rəhbəri: “Helikopterin texniki göstəricilərində nasazlıq olmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Helikopterin istismar müddəti 35 ildir. İstehsalçı şirkətin tələblərinə görə 8 il müddətinə 2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib”.
TİA.AZ xəbər verir ki, bunun xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.
Onun sözlərinə görə, helikopterin texniki göstəricilərində nasazlıq olmayıb:
“2013-cü ildə helikopterin “qara qutusu” yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. Müqavilə əsasında Çexiya Respublikasında müqaviləyə əsasən qara qutu yenilənmiş və təhvil verilib.
Çex və Azərbaycanın Baş Prokurorluğu tərəfində qəzadan sonra “qara qutu” açılıb və göstəricilər istintaqa təhvil verilib. 30 noyabr tarixində qəzaya qədər helikopter 17 dəqiqə 24 saniyə uçuş həyata keçirib. Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb. Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyəyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb. Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasını uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də hündürlüyündə sürətlə azalması hadisəni qaçınılmaz edib”.