İsti havada “cib yandıran” qiymətlər – VİDEObackend

İsti havada “cib yandıran” qiymətlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsti havalarda uzaq məsafələrə səyahət edənlər müəyyən qədər masafə qət etdikdən sonra dincəlmək üçün əsasən yol kənarında fəaliyyət göstərən restoran və ya istirahət mərkəzlərinə üz tuturlar.

Rayon yolları bir- birindən fərqli məkanlar, təklif edilən müxtəlif təamlar olan restoran və kafelərlə doludur. TİA.AZ xəzərxəbər-ə istinadən bildirir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsindəki yoldan istər Gürcüstan, istərsə də, ölkənin qərb istiqamətinə hərəkət edən sürücülər və sərnişinlər bu uzaq məsafəni qət etmək üçün müəyyən qədər istirahət etməli olurlar. Təbii ki, əsas istirahət yerləri yol kənarında fəaliyyət göstərən kafe və restoranlar olur. Bu yoldan istifadə edən və kafe və restoranlara müraciət edənlər burda qiymətlərin də məkana uyğun, normal olduğunu bildiriblər.

Hər gün yüzlərlə avtobusun dayandığı Kürdəmir yolunda isə vəziyyət bir qədər fərqlidir. Sərnişinlər yol kənarındakı məkanlarda qiymətlərin heç də ürək açan olmadığını bildiriblər. Hətta paytaxtla müqayisədə qiymətlərin 2 dəfədən daha baha olduğunu deyənlər də olub. Hətta bu yoldan istifadə edən sürcülər də qiymətlərin ürəkaçan olmadığını dilə gətiriblər.
Kafe işlədənlər isə qiymətlərin baha olması fikri ilə razılaşmayıblar.
Restoran sahibləri də, isti havalarda müştərilərin bol olduğunu, lakin buna baxmayaraq hər zaman yüksək xidmətlə onları qəbul etməyə hazır olduqlarını deyiblər.