İsti hava ürəyə necə təsir edir ? – Bu xəstələr ehtiyatlı olsunbackend

İsti hava ürəyə necə təsir edir ? – Bu xəstələr ehtiyatlı olsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Havanın 40 dərəcəni keçməsi ürək-damar sisteminə mənfi təsirini istər-istəməz göstərir. Bu hətta sağlam və gənc insanlarda da rast gəlinir.
TİA.AZ  havanın istiliyindən ürəkdə nə baş verdiyini təqdim edir.
– İstidən damarlar genişlənir ki, bədənin artan istiliyini ətrafa ötürsün. Bundan qaynaqlanaraq bədəndə kapilyar partlamaları, ulduzcuqlar, göyərmələr görülə bilər.
Ayaqlarında varikoz olanların ayaqlarında ağırlıq, ağrı, baş ağrıları baş verə bilər. Venoz qan problemi olanlarda aşağı ətraflardan başa və əksinə qan dövranında çətinlik yaranır. Ona görə onların ürək və başına isti havalarda normal qan axımı olmur.
– Tərləmə ilə bədən duz və su itirir, kaliy, maqniy yuyulur. Bu da dövr edən qanın miqdarını azaldır, nəticədə tromb yaranma riski artır. Bu zaman bədənin su, duz balansını tənzimləmək, həmişəkindən çox miqdarda adi su qəbul etmək lazımdır.
– Damar problemi olanlarda ödem, bədəndə şişkinlik, maye durğunluğu yarana bilər
– Ürəyi normal insanlarda isti havada əslində təzyiq aşağı düşməlidir, çünki damarlar genişlənib.