İsti hava nə qədər davam edəcək? – Rəsmi cavabbackend

İsti hava nə qədər davam edəcək? – Rəsmi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gözlənildiyi kimi, ölkə ərazisinə cənub, cənub-şərqdən qızmar hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti anomal isti keçir. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək yüksəlib”.

Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, respublikanın Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 42 dərəcə isti qeydə alınıb:

“Yaxın 2 gün ərzində isti hava şəraiti davam edəcək, yüksək temperatur müşahidə olunacaq. Buna görə əhaliyə tövsiyəmiz ondan ibarətdir ki, daha çox kölgəlik yerlərdə olsunlar”.