İstanbulda zəlzələ oldubackend

İstanbulda zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.

TİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb. 7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Daxili İşlər nazirini müavini İsmail Çataklı bildirib ki, hər hansı dağıntı və insan tələfatı yoxdur.