Tribuna İnformasiya Agentliyi

İstanbulda tanker villanı uçurdu: Hərəkət dayandırıldı – Video

07 Aprel

İstanbul boğazında Fateh Sultan Məhməd körpüsü altında sahildəki villaya çırpılan tanker Malta bayrağı altına üzürmüş. Hazırda boğazda gəmilərin hərəkəti dayandırılıb.

Axar.az xəbər verir ki, 225 metr uzunluğunda olan gəmi Qara dəniz-Mərmərə xətti ilə hərəkət edərkən qəzaya uğrayıb. Gəmi hadisə yerindən yedək gəmisinin köməyi ilə sahildən çəkilib. Bildirilir ki, onun çırpıldığı yer əsasən restoranlar olan ərazidir.

***

Həkimbaşı Saleh Əfəndi adlandırılan villada “Min bir gecə” kimi bir çox məhşur seriallar çəkilib. Həmçinin villa toy, nişan ad günlərinin keçirilməsi üçün də istifadə edilib.