İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıbbackend

İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.

TİA.AZ xəbər verir ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.

Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.