İstanbul Aydın Universitetindən şəhid və qazi ailələri ilə bağlı nümunəvi ADDIMbackend

İstanbul Aydın Universitetindən şəhid və qazi ailələri ilə bağlı nümunəvi ADDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul Aydın Universiteti Azərbaycanın İkinci Vətən müharibəsində şəhid və qazi olmuş ailələrin övladlarının təhsili ilə bağlı nümunəvi addım atıb.

Universitetin İdarə Heyətinin qərarına əsasən şəhid və qazi ailələrinin övladları universitetdə  tam ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almaq imkanı əldə edə bilərlər. Universitet bununla bağlı yaydığı məlumatda müraciət üçün qaydaları və müraciət olunacaq ünvanı açıqlayıb.

Qeyd edək ki, İstanbul Aydın Universiteti Azərbaycanla bağlı münasibətdə həmişə yüksək həssasiyyəti ilə seçilən və Qarabağla bağlı çoxsaylı tədbirlərə ev sahibliyi edən Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biridir.