Tribuna İnformasiya Agentliyi

İstəmədiyi oğlana ərə getməmək üçün intihar etdi – Azərbaycanda

04 Avqust
Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
“Report”un Qərb bürosunun məlumatına görə, rayonun 1997-ci il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini A.Məmmədova dərman içərək özünü öldürməyə cəhd edib.
Zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır.
Qızın valideynləri onu sevmədiyi oğlana nişanlamaq istədikləri üçün intihara cəhd etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.