Tribuna İnformasiya Agentliyi

“İstək” litseyinin şagirdləri başqa məktəblərə yerləşdirilir

11 İyul

Təsisçisinin qərarı ilə bu ayın 5-dən fəaliyyəti dayandırılan “İstək” litseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsinə başlanılıb

Təhsil Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, işçi qrupu iyulun 9-dan şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına litsey, bölgələrdə isə litseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə yerləşdirmələri üçün şərait yaradıb. Artıq “İstək” litseyinin 300-ə yaxın şagirdinin yerləşdirilməsi ilə bağlı prosedurlar həyata keçirilib.
Nazirlik digər valideynlərin də diqqətinə çatdırır ki, bütün şagirdlərin digər məktəblərdə təhsil alması üçün lazımi şəraiti yaradacaq. Valideynlər övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı çətinlikləri olduğu təqdirdə birbaşa olaraq Təhsil Nazirliyi ilə əlaqə saxlaya bilərlər.