“İSRAİLLƏ AZƏRBAYCAN ARASINDA MÜNASİBƏTLƏR HƏMİŞƏ YAXŞI OLUB”backend

“İSRAİLLƏ AZƏRBAYCAN ARASINDA MÜNASİBƏTLƏR HƏMİŞƏ YAXŞI OLUB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev TİA. Az-a açıqlamasında İsrail Azərbaycan münasibətləri haqqında danışarkən deyib. Onun sözlərinə görə, bu münasibətləri qoruyub saxlamaq bundan sonra da olduqca önəmlidir:
“Məhz buna görə Azərbaycana böyük təzyiqlər var. Düşünürəm ki, bu təzyiqləri aradan qaldırmaq üçün Azərbaycan xarici siyasətində böyük dəyişikliklər etməlidir. Qonşu dövlətlərdən olan təhdidləri aradan qaldırmaqdan ötrü biz özümüzə dost axtarmalıyıq. Dostlardan ən etibarlı və ən yaxşısı elə İsraildir. Azərbaycan İsrail dostluğu bundan sonra da davam etməlidir. İsraildən yeni silahların alınması, onların yeni texnologiyalarının Azərbaycanda daha çox tətbiq edilməsi və digər bu kimi hallar təqdirəlayiq bir haldır”.

Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.
Məlumata görə, səfər çərçivəsində qurumun yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1 000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.

TİA. Az