Tribuna İnformasiya Agentliyi

İsrailin futbol klubu öz adına Donald Trampın soyadını əlavə edib

14 May

İsrailin “Beytar” futbol klubu öz adına ABŞ-ın hazırkı prezidenti Donald Trampın soyadını əlavə edib.

“Report”un “Deadspid” nəşrinə istinadən verdiyi məlumata görə, bu addım ABŞ-ın Qüdsdəki (Yerusəlim) yeni səfirliyinin açılış mərasimi ərəfəsində amerikalı liderin şərəfinə atılıb.

Klubun tam adı “Beytar Tramp Yerusəlim” olacaq. “Beytar” rəhbərliyi Trampın sevgi və dəstəyi qarşılığında belə bir jest etdiyini açıqlayıb.

“Beytar” İsrailin 6 qat çempionu və 7 qat kubok, 2 qat Superkubokunun sahibidir.