İsraildən Tehrana xəbərdarlıq: “Müharibə olsa, əməliyyatlarımız misilsiz olacaq”backend

İsraildən Tehrana xəbərdarlıq: “Müharibə olsa, əməliyyatlarımız misilsiz olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əgər bölgədə hər hansı müharibə meydana gələrsə, İsrail misli görünməmiş əməliyyatlar həyata keçirəcək. İsrail ordusu hər hansı bir təhdidin qarşısını almağa hazırdır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Beni Qants “Rafael” hərbi sənayesinə bağlı silah-sursat istehsalı ilə bağlı müəssisənin açılış mərasimində çıxış edərkən deyib.
“15 il öncə bu məkan “Hizbullah”ın raketləri və Suriyadakı İran güclərinin təhdidi nəticəsində məhv edildi. Ancaq bölgədə yenidən müharibə baş verərsə, biz misli görünməmiş hərbi əməliyyatlar keçirməyə hazırıq”, – İsrailin müdafiə naziri bildirib.
Beni Qantsın bu xəbərdarlığı İsrail ordusunun yüksək rütbəli hərbi komandirlərinin İrana qarşı bəyanatlarını daha da sərtləşdirdiyi bir vaxta təsadüf edib.
İsrail ordusunun baş qərargah rəisi Aviv Kohavi də mediaya açıqlamasında deyib: “İsrail ordusu İranın atom proqramından irəli gələn ciddi təhdidlərin qarşısını almaq üçün tam hazır vəziyyətdədir”.
“İranın atom proqramını hədəfə almaq üçün İsrail ordusunun planlar hazırlaması sürətləndirilib. Biz bütün Yaxın Şərqdə gizli əməliyyatlar keçirməyə və düşmənlərimizə qarşı tədbirlər görməyə davam edirik”, – Kohavi əlavə edib.
Mənbə: radiofarda.com