İsraildə yaşayan həmyerlimiz İsraildəki son durum haqqında danışır-VİDEObackend

İsraildə yaşayan həmyerlimiz İsraildəki son durum haqqında danışır-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq neçə gündür Fələstin və İsrail arasında gərginlik davam edir. Qarşılıqlı raket atışmaları nəticəsində ölənlərin və yaralılanların sayı artır. İsraildə yaşayan həmyerlimiz İsraildəki son durum haqqında TİA.az-a danışıb.Həmyerlimiz  bildirib ki,son üç gündə vəziyyət xeyli gərginləşib:
“Əvvəllər də tez-tez raket atıldığını görürdük. Ancaq bu dəfə vəziyyət başqa cürdür. Maraqlısı budur ki, əvvələr Zerut, Perşiva kimi ərazilərə atırdılarsa, dünəndən bəri atdıqları 200-300 raketin biri də Perşivaya düşməyib. Bu dəfə hədəf aldıqları əsas ərazilər Təl-Əviv, Aşkelon kimi mərkəzi hissələrdir”

Həmyerlimizin TİA.az-a verdiyi məlumata görə hazırda ən çox hücum olunan məkanlar ticarət mərkəzləri və yanacaqdoldurma məntəqələridir:
“Hökümətin dünən verdiyi qərara əsasən məktəb, bağça kimi insanların sıx toplaşdığı iş yerləri bağlanıb. Ona görə də hazırda insanların sıx toplaşdığı məkanlar əsasən alış-veriş mərkəzləri olduğuna görə bura tez-tez silahlı hücumlar edilir”