İsraildə sinaqoqun tribunası uçub, ölən və xəsarət alanlar var – VİDEObackend

İsraildə sinaqoqun tribunası uçub, ölən və xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsraildə Qüds yaxınlığındakı Qivat-Zeeve şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın uçması nəticəsində azı 1 nəfər həlak olub.
TİA.AZ xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.
Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.