Tribuna İnformasiya Agentliyi

İsraildə əsgərliyə getmək istəməyənlər aksiya keçirib – VİDEO

14 Mart

İsraildə məcburi hərbi xidmətə qarşı çıxan ultra-ortodoksal yəhudilər polislə qarşdurmaya girib. Tel-Əvivin şərqində yerləşən Bney Brak qəsbəsində aksiya keçirən yəhudilər hərbi xidmətə yollanmaq istəmədiklərini bildiriblər.

Narazı yəhudilər “İsraildə dini azlıqlara qarşı zülmə son”, “Ölməyi üstün tuturuq” və “Həbs olunmaq xoşbəxtlikdir” şüarları səsləndiriblər.

Aksiya zamanı yolu bağlayan yüzlərlə nümayişçi ilə polis arasında qarşıdurma olub.