İsrail Türkiyədən rəsmən üzr istədi (FOTO)backend

İsrail Türkiyədən rəsmən üzr istədi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin Ankaradakı səfirliyinin ictimai şəbəkə hesabından dünən Prezident Ərdoğan və Prezident Bayden arasında baş tutan görüşlə bağlı qalmaqallı paylaşım edilib.
Qaynarinfo turktime.com saytına istinadən xəbər verir ki, İsrail səfirliyinin hesabından qalmaqallı yazıdan sonra İsrail səfirliyi hesabın kiberhücum edildiyini açıqlayaraq üzr istəyib.
Paylaşımda prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşlə bağlı fotonun altında “Xarici İşlər F-35-lər əvəzinə iPhone 13 Pro üçün çalışırlar” deyə yazılıb. Sözügedən paylaşım bir qədər sonra silinsə də, İsrail səfirliyindən mövzu ilə bağlı rəsmi açıqlama verilib. Bəyanatda aşağıdakı fikirlər yer alıb:
“Təəssüflə bildiririk ki, 02 noyabr 2021-ci il tarixində saat 22.10 radələrində səfirliyimizin rəsmi sosial media hesablarından biri kiber hücuma məruz qalmış və hücuma cavab tədbirlərimiz davam etdiyi vaxt hesabımızda bəzi nalayiq məzmunlar paylaşılıb.
İctimaiyyətin nəzərinə çatdırırıq ki, bu yazılar bizə aid deyil və bu yersiz paylaşımın yaratdığı hər hansı neqativ və çaşqınlıqdan təəssüf hissi keçiririk”.
Alpər