İsrail Qəzza ilə sərhədə hərbi qüvvələr göndərirbackend

İsrail Qəzza ilə sərhədə hərbi qüvvələr göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza ilə sərhədə hərbi qüvvələr göndərir.

TİA.AZ-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun rəsmiləri bildirib. Daha əvvəl də İsrail Müdafiə Qüvvələrinin sözçüsüConatan Konrikus bu barədə məlumat verib.

“Sərhəddə doğru irəliləyənhərbi birləşmələrimiz var. Bu hazırlıq addımıdır”, -deyə Konrikus bildirib. Onun sözlərinə görə, ehtiyatda olan3000 hərbçi orduya çağırılıb və sərhəddə olan hərbi rəsmilər hökumət tərəfindən bütün hadisələrə və gərginliyə hazır olmaq barədə təlimatlandırılıb.

“Onlar döyüş üçün oradadır”, İsrail Müdafiə Qüvvələrinin sözçüsü deyib.

Xatırladaq ki, 2008-2009-cu illərdə və 2014-cü ildə İsrail Qəzzada oxşar quru əməliyyatları aparıb.