İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək – Netanyahubackend

İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək – Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İranın uranın zənginləşmə səviyyəsini yüksəltmək qərarı hərbi nüvə proqramını davam etdirmək niyyətini nümayiş etdirir.
Bu barədə RİA Novosti məlumat yayıb.
Daha əvvəl-bazar ertəsi İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabi ölkəsinin Fordo nüvə obyektində uranın 20% səviyyəsində zənginləşdirilməsi prosesinə başladığını bildirib.
“İranın üzərinə götürdüyü öhdəlikləri pozması, uranın yeraltı zənginləşdirilməsi üçün zənginləşmə səviyyəsini yüksəltmək  və sənaye gücünü inkişaf etdirmək barədə qərar verməsi onun hərbi nüvə proqramını inkişaf etdirmək niyyətindən başqa heç nə ilə izah edilə bilməz. İsrail İranın nüvə silahı istehsal etməsinə imkan verməyəcək”, – deyə Netanyahu “Twitter” hesabında yazıb.
Virtualaz.org