İSRAİL HAVA MƏKANINI ERMƏNİSTANIN ÜZÜNƏ BAĞLADI – ERMƏNİ AVİAŞİRKƏTLƏRİ “QARA SİYAHI”YA SALINIRbackend

İSRAİL HAVA MƏKANINI ERMƏNİSTANIN ÜZÜNƏ BAĞLADI – ERMƏNİ AVİAŞİRKƏTLƏRİ “QARA SİYAHI”YA SALINIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın bir çox aviakompaniyaları Avropa ölkələri tərəfindən “qara siyahı”ya alınıb. Tia.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, Aircompany Armenia, Armenia Airways, Armenian Helicopters, Atlantis Armenian Airlines, Atlantis European Airways, Mars Avia и Skyball aviakompaniyaları sərnişindaşıma sahəsində qaydalara əməl etməməklə yanaşı, həm də təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün “qara siyahı”ya salınıblar.
Qeyd edilir ki, hal hazırda Avropa ölkələrinə uçuşlar davam etsə də, yaxın günlərdən etibarən qadağanın tətbiq olunmasına başlanılacaq.
Ən maraqlı addım isə İsrail tərəfindən atılıb. JAMAZ.İNFO xəbər verir ki, İsrail hökumətinin qərarına əsasən bu ölkənin hava məkanı Ermənistan aviasiya şirkətlərinin üzünə bağlanılıb. Belə ki, Ermənistana məxsusu aviaşirkətlərə məxsus təyyarələr İsrail hava məkanından istifadə edə bilməz. Buna qədər isə İrəvan-Təl Əviv hava reysləri 3 ilə yaxındır dayandırılıb.