Tribuna İnformasiya Agentliyi

İsrail Dəməşq hava limanına bir neçə raket atdı

16 Sentyabr

İsrail Dəməşq beynəlxalq hava limanına raket zərbələri endirməyə cəhd edib.

RİA Novosti bildirir ki, məlumatı Suriya tərəfi yayıb.

Qeyd olunur ki, saat 21:55-də Dəməşqin hava limanı yaxınlığında bir neçə partlayış qeydə alınıb. Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri atılan raketləri zərərsizləşdiriblər.

Hücum nəticəsində maddi ziyan dəysə də, ölən və xəsarət alan olmayıb.