İsrail BMT-nin Fələstinlə bağlı qərarını mənəvi ləkə adlandırdıbackend

İsrail BMT-nin Fələstinlə bağlı qərarını mənəvi ləkə adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail Fələstin və İsrail ərazilərindəki insan haqları pozuntularının araşdırılmasına çağıran qətnaməni “beynəlxalq cəmiyyət və BMT üçün mənəvi ləkə” adlandırıb.
TİA.AZ xəbər verir ki, ölkənin səlahiyyətliləri onunla əməkdaşlıq etmək niyyətində deyillər. Bu barədə “The Times of Israel” Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən yazıb.

 

“Qətnamənin içində HƏMAS terror qruplaşmasına dair bir dənə də olsun işarə yoxdur. Bundan başqa İsrail vətəndaşlarına atılan 4.300 raketi tamamilə görməməzlikdən gəlirlər. Komissiyanın hədəfləri HƏMAS terror qruplaşmasının cinayətlərini təmizə çıxarmaq və İsraili öz vətəndaşlarını müdafiə etməkdə günahlandırmaqdır”, – XİN-in açıqlamasında bildirilir.
Xarici İşlər Nazirliyi İsrail ordusunun beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və öz vətəndaşlarını qoruduğunu, eləcə də HƏMAS qrupunun mülki əhaliyə atəş açdığını vurğulayıb.
Xatırladaq ki, BMT İnsan Hüquqları Şurası ərəfəsində səs çoxluğu ilə Qəzza zolağında və İsraildə insan haqlarının pozulmasını araşdırmaq üçün bir komissiya yaradılmasıyla bağlı qərar qəbul edib.