Tribuna İnformasiya Agentliyi

İsrail 5 saat ərzində 28 qırıcı ilə kimin bazalarını vurub?

12 May

İsrailin Suriyada vurduğu bütün hədəflər yüz faiz suriyalılara aiddir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə suriyalı jurnalist Fadi Maruf çıxış edib.

“İsrailin hücumu zamanı bütün hədəflər Suriya ordusuna aid idi. İranın buna heç bir dəxli yoxdur. Bu, Suriya və İsrail arasında 5 saat davam edən gərgin bir toqquşmanın nəticəsidir və münaqişəni alovlandıran da İsraildir”, – Maruf qeyd edib.

Xatırladaq ki, 10 mayda Təl-Əviv SEPAH-ın Suriyadakı Qüds briqadasının Qolan təpələrindəki İsrail mövqelərinə raket zərbəsi endirdiyini, buna cavab olaraq 28 qırıcı ilə İrana məxsus 35 baza, müşahidə məntəqəsi, qərargah, poliqon və mövqelərin vurulduğunu açıqlamışdı.