Tribuna İnformasiya Agentliyi

İsrail əsgərləri fələstinli qızı güllələdi – VİDEO

10 Oktyabr

İsrail əsgərləri İordan çayının qərb sahillərində fələstinli qızı güllələyərək öldürüb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Videoda gənc qızın günahsız olduğunu, çantasında bıçaq və ya silahın olmadığını söyləməsi, bundan sonra isə əsgərin ona atəş açması əks olunub.

Məsələ ilə bağlı İsrail tərəfi hələlik heç bir açıqlama verməyib.