Tribuna İnformasiya Agentliyi

İsrailə casusluq edən 45 fələstinli saxlanıldı

09 Yanvar
Həmas casusluqda ittiham edilən 45 fələstinlini həbs edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qəzza zolağının Daxili İşlər Nazirliyi məlumat verib. Ötən ilin 11 noyabrında əməliyyat keçirilib və İsrailə casusluq edən 45 nəfər tutulub, həmin şəxslərin istintaq prosesi davam edir.
Qeyd edək ki, Həmasın hərbi qanadı İzzəddin Əl Qəssam Briqadası 11 noyabrda İsrail əsgərlərinin mülki geyimdə Qəzzaya gəldiyini açıqlamışdı.